Bakıda yüksək sürətlə avtomobil idarə edən sürücü qəza törədib, xəsarət alan var - FOTO - VİDEO

Bakıda yüksək sürətlə avtomobil idarə edən sürücü qəza törədib, xəsarət alan var - FOTO - VİDEO
  • Clock-gray 00:05
  • calendar-gray 06 Noyabr 2019

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Polad Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı "Fiat"-ın sürücüsü P.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date