Gəncədə yolu keçən iki qadını maşın vurub - FOTO

Gəncədə yolu keçən iki qadını maşın vurub - FOTO
  • Clock-gray 13:07
  • calendar-gray 22 Noyabr 2019

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nigar Qocayeva və onun həmyaşıdı Gülgün Hacılını vurub. Qadınlardan biri yüngül, digəri isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date