Göygöldə kişi meyiti tapılıb

Göygöldə kişi meyiti tapılıb
  • Clock-gray 20:33
  • calendar-gray 22 Noyabr 2019

Göygöldə dərədən kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Bildirilir ki, meyit 1977-ci il təvəllüdlü İmanov Vüqar Behbud oğluna aiddir. Hadisə yerinə hüquq-mühaizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinməyib. Mərhumun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date