Hacıqabulda iki yük maşını toqquşub, yolda tıxac yaranıb - FOTO

Hacıqabulda iki yük maşını toqquşub, yolda tıxac yaranıb - FOTO
  • Clock-gray 22:28
  • calendar-gray 08 Noyabr 2019

Bakı-Qazax magistral yolunda yük avtomobillərinin toqquşması tıxaca səbəb olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində “KamAZ” markalı yük avtomobili ilə “Hyundai Atego” markalı avtomobil toqquşub.

Sonuncu avtomobil yoldan çıxaraq dərəyə düşüb. Sürücülər yüngül xəsarət alıb. Bir müddət yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date