Bakıda yolu bağlayaraq avtomobilləri əzən şəxslər tutulub - VİDEO - YENİLƏNİB

Bakıda yolu bağlayaraq avtomobilləri əzən şəxslər tutulub - VİDEO - YENİLƏNİB
  • Clock-gray 11:22
  • calendar-gray 13 Noyabr 2019

“Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq saxlanılıb”.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

***

Saat 09:52

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırmaya başlayıb.

Sözügedən məsələ ilə bağlı APA-ya açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər barədə məlumatlıdır: "Müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, axşam saatlarında Bakıda iki nəfər şəxs avtomobillərin qarşısını kəsərək əllərindəki əşyalarla avtomobillərə zərər vurub. Sonra isə küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.
 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date