Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb
  • Clock-gray 11:22
  • calendar-gray 30 Mart 2020

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb.

Hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər