Ermənistanın təxribatı nəticəsində Azərbaycan sərhədçisi şəhid olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycan sərhədçisi şəhid olub
  • Clock-gray 18:33
  • calendar-gray 07 Yanvar 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

DSX-nin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date