Füzuli rayonunda patronla dolu daraq aşkarlanıb

Füzuli rayonunda patronla dolu daraq aşkarlanıb
  • Clock-gray 18:58
  • calendar-gray 11 May 2020

Mayın 11-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə(ANAMA) Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində 1 ədəd 7.62 kalibirli patronla dolu darağın tapılması barədə məlumat daxil olub. 

ANAMA-dən APA-ya verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd avtomat darağının içərisində 23 ədəd 7.62 mm-lik patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date