Hərbi qulluqçumuz yaralanıb

Hərbi qulluqçumuz yaralanıb
  • Clock-gray 10:20
  • calendar-gray 15 Sentyabr 2020

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Səlcuq Elçin

Digər xəbərlər