Hərbi xidməti başa vuran matroslar ehtiyata buraxılıb

Hərbi xidməti başa vuran matroslar ehtiyata buraxılıb
  • Clock-gray 18:13
  • calendar-gray 23 İyul 2020

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş matrosların ehtiyata buraxılması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilib.

apa-logo-mini

Digər xəbərlər