Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu elektron qaydada və telefon vasitəsilə həyata keçirilir

Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu elektron qaydada və telefon vasitəsilə həyata keçirilir
  • Clock-gray 17:26
  • calendar-gray 18 Mart 2020

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin [email protected], [email protected] elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.

apa-logo-mini

Digər xəbərlər