Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub
  • Clock-gray 10:19
  • calendar-gray 11 Yanvar 2020

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.

Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib.

Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date