Müdafiə Nazirliyinin nümayəndə heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin nümayəndə heyəti hərbi pilot Rəşad Atakişiyevin məzarını ziyarət edib
  • Clock-gray 19:26
  • calendar-gray 24 İyul 2020

Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. 

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

apa-logo-mini

Digər xəbərlər