Nazir müavini: "Azərbaycan Ordusunun generalı və polkovniki şəhid olub"

Nazir müavini: "Azərbaycan Ordusunun generalı və polkovniki şəhid olub"
  • Clock-gray 13:08
  • calendar-gray 14 İyul 2020

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında gedən döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar". 

Fuad Nazimoğlu

Digər xəbərlər