Ordudan tərxis olunmuş gənclərin iş yerlərinə bərpasına nəzarət gücləndiriləcək

Ordudan tərxis olunmuş gənclərin iş yerlərinə bərpasına nəzarət gücləndiriləcək
  • Clock-gray 22:45
  • calendar-gray 24 Mart 2020

Ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarət gücləndiriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, ordudan tərxis olunmuş gənclərin peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq barədə də öhdəlik götürüblər. Eyni zamanda əmək bazarının tələblərinə uyğun olaraq, kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər də görüləcək.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date