Ucarda əl qumbarası tapılıb

Ucarda əl qumbarası tapılıb
  • Clock-gray 17:20
  • calendar-gray 09 Aprel 2020

Aprelin 9-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ucar rayonu, Müsüslü kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ucar rayon Polis Şöbəsinin və Müsüslü kənd tibb məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzəri beton ilə örtülmüş F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əsmər Qabil

Digər xəbərlər