Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
  • Clock-gray 15:03
  • calendar-gray 10 Yanvar 2020

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunulub, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini qeyd edib.

Diplomat da öz növbəsində Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək Bolqarıstanın Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date