Zakir Həsənov Gürcüstana gedib

Zakir Həsənov Gürcüstana gedib
  • Clock-gray 11:19
  • calendar-gray 21 Yanvar 2020

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date