"O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq

"O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq
  • Clock-gray 15:17
  • calendar-gray 26 Noyabr 2019

Dekabrın 4-də Opera və Balet Teatrında Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq. 

APA-nın məlumatına görə, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda teatrın bir çox aparıcı solistləri -  Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İnarə Babayeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Fəhmin Əhmədli (Həsən bəy),  Ağaxan Şərifov (Hambal) və başqaları çıxış edirlər. 

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Qeyd edək ki, Ü.Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmış. Tamaşanın premyerası 25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutub. 2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət edib, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil edib. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər