Akademik Milli Dram Teatrında “Yaşar” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Yaşar” tamaşasının premyerası keçirilib
  • Clock-gray 10:28
  • calendar-gray 02 Dekabr 2019

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” başa çatıb. 

APA-nın məlumatına görə, "Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Akademik Milli Dram Teatrında olub. 

Belə ki, teatrsevərlər C. Cabbarlının “Yaşar” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar. 

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı  əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənоvаdır.  

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (İmamyar), Ramiz Məlik (İvanov), Cəfər Namiq Kamal (Əmirqulu), Əli Nurzadə (Niyaz), əməkdar artistlər Elnar Qarayev (Yaşar), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruzov (Toğrul), əməkdar artistlər Məsmə Aslanqızı (Türkan), Ayşad Məmmədov (Belekurov), aktyorlar Rada Nəsibova (Yaqut), İlyas Əhmədov (Türbət), Rüstəm Rüstəmov (Nüsrət), aktyor Ramin Şıxəliyev (Əmirqulu), əməkdar artist Mehriban Xanlarova və aktyor Firuzə Balayeva (Şərəbanu), aktyorlar Elnur Qədirov (Əliverdi), Vüsal Mustafayev (Həsən), əməkdar artistlər Elşən Rüstəmov (Prokuror) və Elxan Quliyev (Sədr) çıxış edirlər.

Qeyd edək ki, müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, onun dostları olan gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə "Yaşar" adlandırılıb. "Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar. Dramda konflikt real və məzmunludur.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date