Azərbaycanlı gənc Tbilisidə qısametrajlı film festivalının qalibi olub

Azərbaycanlı gənc Tbilisidə qısametrajlı film festivalının qalibi olub
  • Clock-gray 19:49
  • calendar-gray 04 Dekabr 2019

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub.

APA-nın yerli bürosu xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb. 

Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar üçün həyata keçirdiyi GİPA Media Lab proqramı çərçivəsində hazırlanıb.

Filmdə valideynləri tərəfindən erkən evliliyə məcbur edilən 16 yaşlı etnik azərbaycanlı qızın məruz qaldığı hadisələrdən bəhs edilir. 

Festivalın qalibi 1000 fund sterlinq və Londonda keçirilən nüfuzlu Encounters qısametrajlı film festivalında iştirak hüququ qazanıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date