“Bohema”da Ukrayna və Belarusun artistləri də çıxış edəcəklər

“Bohema”da Ukrayna və Belarusun artistləri də çıxış edəcəklər
  • Clock-gray 15:29
  • calendar-gray 29 Yanvar 2020

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşası olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib. 

Tamaşada Ukrayna və Belarusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol),  Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər. 

Tamaşanı Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər