Bu gün Akademik Musiqili Teatrda “Silva” tamaşası oynanılacaq

Bu gün Akademik Musiqili Teatrda “Silva” tamaşası oynanılacaq
  • Clock-gray 10:28
  • calendar-gray 20 Dekabr 2019

Dekabrın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bəstəkar İmrə Kalmanın “Silva” tamaşası rusdilli tamaşaçılar üçün nümayiş olunacaq.

Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov,  quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. 

Tamaşanıın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Rollarda Əməkdar artistlər - Nərgiz Kərimova, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Rauf Babayev, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli,  Yulya Heydərova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də "iTicket.az” saytından əldə etmək olar.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date