Deputat: “Muzeylərdə vəziyyət yaxşı deyil, Tovuzda iki muzeydə işıq belə yoxdur”

Deputat: “Muzeylərdə vəziyyət yaxşı deyil, Tovuzda iki muzeydə işıq belə yoxdur”
  • Clock-gray 13:01
  • calendar-gray 19 İyun 2020

“Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrılıb: “Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Tovuzda yeni tikilib istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına aşıq muzeyi və Tarix-Diyarşünaslıq muzeyi. İkisi də insanların istifadəsinə verilib, amma çox təəssüf ki, bu günə qədər hər iki muzey elektriklə təmin olunmayıb. Əgər elektriklə təmin olunmayıbsa, bunlar necə fəaliyyət göstərə bilər? Müvafiq qurumları bu məsələyə ciddi diqqət yetirməyə, bu problemin həllinə çağırıram”.”

Firuzə Vahid

Digər xəbərlər