Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır

Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır
  • Clock-gray 11:05
  • calendar-gray 03 Fevral 2020

Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb.

Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Layihə “Regional İnkişaf” İctimai Birliyi, “Azercell” şirkəti və “GoSport” idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.

Heydər Əliyev Fondunun hazırladığı digər nəşrdə isə Azərbaycan barədə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrdə ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoşəkillər yer alacaq.

Layihə üzrə çəkilişlər ilin dörd fəslini əhatə edərək Bakıda və respublikanın müxtəlif bölgələrində aparılacaq.

Oxucular bu nəşrlərlə Azərbaycan barədə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoşəkillər vasitəsi ilə Azərbaycana virtual səyahət edə biləcəklər.

Xatırladaq ki, “Azərbaycan” nəşri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2010-cu ildə çap olunub. 1000-dən çox fotoşəklin toplandığı kitab Azərbaycan, rus, ingilis, fransız, alman, italyan dillərində nəşr edilib. Ötən müddət ərzində bu nəşr Fondun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə qonaqlara təqdim olunub və oxucularda Azərbaycan barədə dolğun təəssüratlar yaradıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date