Müslüm Maqomayevin heykəlini Ömər Eldarov hazırlayacaq

Müslüm Maqomayevin heykəlini Ömər Eldarov hazırlayacaq
  • Clock-gray 17:00
  • calendar-gray 12 Mart 2020

“Müslüm Maqomayevin Bakıda ucaldılacaq heykəlini mən hazırlayacağam”.

Bunu APA-ya açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, artıq heykəlin ucaldılacağı məkan da müəyyənləşib. M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq: "Hələ ki, model hazır deyil. Heykəlin hündürlüyü  2.5 metr olacaq". 

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date