“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib

“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib
  • Clock-gray 12:35
  • calendar-gray 27 Mart 2020

“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ. Hümbətov R. Babayevin II Fəxri xiyabanda dəfn ediləcəyini deyib. Dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçiriləcək.

Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamalarını tövsiyə edir.

Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə Ermənistan Respublikasının Leninakan (Gümrü) şəhərində anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunda çıxış edib. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun, 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri olub.

R. Babayevə 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilib, 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

apa-logo-mini

Digər xəbərlər