Səhiyyə Nazirliyi Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Rafael Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb
  • Clock-gray 16:03
  • calendar-gray 03 Dekabr 2019

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, Xalq artistinin xəstəxanaya yerləşdirilməsi barədə ilk olaraq "Lent.az" məlumat yayıb. 

apa-logo-mini

Digər xəbərlər