Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub, vəziyyəti orta ağırdır - YENİLƏNİB

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub, vəziyyəti orta ağırdır - YENİLƏNİB
  • Clock-gray 14:41
  • calendar-gray 12 İyul 2020

Xalq artisti Nəzakət Teymurova koronavirusa (Covid-19) yoluxub.

Bu barədə APA-ya müğənninin ailəsindən məlumat verilib.

N. Teymurova bu gün səhər xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu qeyd edilib.

***

saat 14.22

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın məlumatına görə, bu barədə teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) “Facebook” səhifəsində yazıb.

Xanəndə hazırda xəstəxanaya yerləşdirilib və vəziyyəti çox ağırdır.

 

apa-logo-mini

Digər xəbərlər