Nazir: “Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir”

Nazir: “Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir”
  • Clock-gray 16:59
  • calendar-gray 22 Noyabr 2019

“Muzeylərə geniş tələbə auditoriyası cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan muzeylərində audio-bələdçi” və "Sənə hekayəmi danışmaq istəyirəm" layihələrinin təqdimat mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, ali təhsil müəssisələri tələbələrinin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir.

“Əlbəttə ki, bu dərslər ödənişsiz olmamalıdır. Bunun üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilməlidir. Təəssüf ki, bu layihə mənim arzum olaraq qalır”, - deyə nazir qeyd edib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date