"Nar" 4,5G baza stansiyalarının sayını 60% artırıb

"Nar" 4,5G baza stansiyalarının sayını 60% artırıb
  • Clock-gray 16:01
  • calendar-gray 17 Yanvar 2020

Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2019-cu il ərzində 1 055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdıraraq onların sayını 60%-dən çox artırıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, “Nar” ötən il 1 055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdıraraq onların sayını 2779-a və 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdıraraq onların sayını 2 854-ə çatdırıb.

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8 700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date