"Android"in Azərbaycanda bazar payı azalıb

"Android"in Azərbaycanda bazar payı azalıb
  • Clock-gray 14:03
  • calendar-gray 01 İyun 2020

Bu ilin may ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı aprel ayı ilə müqayisədə 4,4 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin iyun ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 51% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,6 faiz bəndi çoxdur.

Aprel ayı ilə müqayisədə mayda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 5 faiz bəndi artaraq iyun ayının 1-nə 36,1% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 2,1 faiz bəndi azdır. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 6,8% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin may ayında aprel ilə müqayisədə 1,3 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 0,9 faiz bəndi azdır.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 4%, naməlum əməliyyat sistemləri – 1,11%, "Linux" – 0,69% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər