Azərbaycan MDB Parlamentlərarası Assambleyasının Ekspert Şurasının iclasında iştirak edib

Azərbaycan MDB Parlamentlərarası Assambleyasının Ekspert Şurasının iclasında iştirak edib
  • Clock-gray 17:35
  • calendar-gray 24 Fevral 2020

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda keçirilən Regional Rabitə Birliyinin (RRB) MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspert Şurasının iclasında iştirak edib.

"APA-Economics" RRB-nin yaydığı məlumata istinadən xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə başçılıq edib. İclasda MDB məkanında cəmiyyətin rəqəmsal inkişafının hüquqi əsaslarının, "Rəqəmsal inkişaf haqqında" model qanun layihəsinin, "İKT sahəsində pozuntuların qarşısının alınması haqqında" model qanununun hazırlanmasının perspektivləri müzakirə edilib.

İclasın gündəliyinə həmçinin MDB üzvü olan ölkələr üçün Model İnformasiya Məcəlləsinin yeni nəşrinin hazırlanması və 2021-ci ildə cəmiyyətin rəqəmsal inkişafının hüquqi təminatına dair beynəlxalq konfransın təşkili məsələsi daxil edilib.

Tədbirdə elm adamları, siyasətçilər, ictimai təşkilatların nümayəndələri, həmçinin MDB Parlamentlərarası Assambleya Şura Katibliyinin əməkdaşları iştirak etdilər. Görüş çərçivəsində Baş Katib Dmitri Kobitskinin nazir müavini E. Vəlizadə və RRB nümayəndə heyətləri ilə görüşü keçirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date