Azərbaycan Qazaxıstana alüminium profillərinin ixracına başlayıb

Azərbaycan Qazaxıstana alüminium profillərinin ixracına başlayıb
  • Clock-gray 10:23
  • calendar-gray 02 İyun 2020

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton alüminium profil ixrac edib.

STP-dən "APA-Economics"ə verilən məlumata görə, əməkdaşlıq çərçivəsində imzalanan müqavilə mütəmadi satışı nəzərdə tutur. Azərbaycan istehsalı alüminium profillərin Qazaxıstan bazarında satışlarının zamanla artacağı gözlənilir.

Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə və Ukraynaya da alüminium profil və pəstah məhsulları ixrac edib. Sadalanan ölkələr ilə yanaşı, STP bu günə kimi Danimarka, Polşa, Estoniya və Yunanıstan kimi ölkələrə alüminium profil və pəstahların ixracını həyata keçirdib.

Sumqayıt Texnologiyalar Parkı alüminium profillərin ixracını genişləndirmək məqsədilə xarici bazarları araşdırmağa davam edir. Hazırda Ukrayna, Rusiya və İspaniyada potensial müştərilərlə danışıqlar aparılır. Yaxın gələcəkdə bu ölkələrə də ixrac etmək ehtimalı və potensialı böyükdür.

Hüseyn Vəliyev

Digər xəbərlər