Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb
  • Clock-gray 17:00
  • calendar-gray 06 İyul 2020

Azərbaycan nümayəndəsinin FIRST (Forum of Incident Response and Security Teams) beynəlxalq təşkilatın İdarə Heyətinə üzvlüyü irəli sürülüb.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) "APA-Economics"ə bildirilib ki, qeyd olunan qurumun İdarə Heyətinə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədovun namizədliyi irəli sürülüb.

T. Məmmədovun namizədliyi ilkin səsvermə etapında kifayət qədər səs toplayıb və yekun səsvermə mərhələsinə keçib. Yekun səsvermə yalnız FIRST üzvlərinin iştirakı ilə elektron qaydada iyulun 8-dən 22-dək keçiriləcək.

Qeyd edək ki, Azərbaycan CERT-i 2011-ci ildən FIRST-in tərəfdaşıdır. Qurumun 96 ölkədən 535 iştirakçı var. Azərbaycan CERT-nin bu quruma üzv olması ölkədə kibertəhlükəsizlik sahəsində görülən işlərin qlobal miqyasda tanınması, kibercinayətkarlıqla mübarizədə qlobal vasitələrə çıxışın asanlaşdırılması deməkdir.

Hüseyn Vəliyev

Digər xəbərlər