Azərbaycan təhsil sistemində İKT-nin geniş tətbiqini nəzərdə tutan dövlət proqramı hazırlanıb

Azərbaycan təhsil sistemində İKT-nin geniş tətbiqini nəzərdə tutan dövlət proqramı hazırlanıb
  • Clock-gray 14:50
  • calendar-gray 13 Fevral 2020

Azərbaycanın təhsil sistemində İKT-nin geniş tətbiqini nəzərdə tutan yeni dövlət proqramı hazırlanıb.

Bunu "APA-Economics"ə Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, sənəd artıq hökumətə təqdim edilib və hazırda onun üzərində müzakirələr aparılır.

"Təhsil sisteminin informasiyalaşmasına cari ildə də vəsaitlər yatırılacaq. Artıq bu günə bütövlüklə büdcə formalaşıb və funksional istiqamətlər üzrə bölgü aparılacaq. Biz nəzərdə tutmuşuq ki, təhsilin informasiyalaşmasına qoyulacaq vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artsın", - deyə İ. İsayev qeyd edib.

Nazir müavini həmçinin əlavə edib ki, qeyd olunan dövlət proqramının arxasında bəlli bir maliyyə təminatı durur: "Hazırda müzakirələr aparılır və müəyyən razılıq əldə edildikdən sonra biz bu proqramın rəsmiləşdirilməsi istiqamətində fəaliyyətimizi həyata keçirəcəyik".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date