Azərbaycana mobil telefonların idxalı kəskin artıb

Azərbaycana mobil telefonların idxalı kəskin artıb
  • Clock-gray 13:52
  • calendar-gray 06 Avqust 2020

Bu ilin may ayında Azərbaycana 147 754 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, aprel ayı ilə müqayisədə mayda idxal 6 dəfə artıb. İdxal olunan məhsulların dəyəri 22 481,04 min ABŞ dolları təşkil edib ki, bu da aprel ayının göstəricisi ilə müqayisədə təxminən 7 dəfəyədək çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvar-may aylarında ölkəyə dəyəri 37 845,9 min dollar təşkil edən 452 164 ədəd mobil qurğu idxal olunub. 

 

Hüseyn Vəliyev

Digər xəbərlər