Azərbaycanda KOB-ların ehtiyaclarını ödəyəcək "bulud" həlləri təklif olunacaq

Azərbaycanda KOB-ların ehtiyaclarını ödəyəcək "bulud" həlləri təklif olunacaq
  • Clock-gray 12:21
  • calendar-gray 24 Fevral 2020

Bu ilin III rübündə "AzInTelecom" MMC kiçik və orta biznesin (KOB) ehtiyaclarına cavab verəcək "bulud" həllərini təklif edəcək.

Bunu "APA-Economics"ə "AzInTelecom" MMC-nin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, söhbət özünəxidmət platformasından gedir ki, müştərilər onlara lazım olan xidmətlərdən asanlıqla yararlana biləcək: "Bunun üçün sadəcə elektron qaydada qeydiyyatdan keçib, ödəniş aparmaq kifayət edəcək. Xatırladım ki, əgər 2017-ci ildən biz klassik "bulud" həlləri təklif edirdiksə, bu ildən etibarən KOB-lar üçün nəzərdə tutulan həllər təklif edəcəyik. Söhbət KOB-ların ehtiyaclarını qarşılayan xidmətlərdən gedir ki, bu xidmətləri biz cari ilin III rübündə istifadəyə vermək niyyətindəyik".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date