Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb
  • Clock-gray 10:00
  • calendar-gray 02 İyul 2020

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı may ayı ilə müqayisədə 2,6% artaraq 311 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,4%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, iyun ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 11 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 15 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2290 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 114 hesabat təqdim edilib. Yanvar-iyun ayları ərzində Azərbaycanın internet seqmentində 27 domen və 73 subdomen qeydiyyata alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər