Azərbaycanda e-imza istifadəçilərinin sayı 20% artıb

Azərbaycanda e-imza istifadəçilərinin sayı 20% artıb
  • Clock-gray 16:16
  • calendar-gray 02 İyul 2020

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fiziki şəxslərə 1 244, sahibkarlara 2 144, hüquqi şəxslərə isə 1 666 elektron imza (e-imza) sertifikatı verilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20% artım qeydə alınıb.

E-imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3 375 e-imza sertifikatı verilib. Ümumilikdə, cari ilin ilk yarısında 8 429 sertifikat təqdim edilib.

Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6 102 250) çox olub.

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər e-imza.az saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

Hüseyn Vəliyev

Digər xəbərlər