Azərbaycanda fişinq hücumlarının sayı 2,5 dəfə artıb

Azərbaycanda fişinq hücumlarının sayı 2,5 dəfə artıb
  • Clock-gray 15:21
  • calendar-gray 06 Avqust 2020

Bu ilin iyul ayında Azərbaycanın ".az" domenində olan saytların hər 147-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,4%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 241-i fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 2,5 artıb.

Qeyd edək ki, bu günə ".az" domenində 35,5 minədək sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 258, Rusiyada – 265, Belarusda – 895, Latviyada – 39, Litvada - 244, Estoniyada – 35, Qazaxıstanda – 961, Özbəkistanda – 530, Tacikistanda – 138, Qırğızıstanda – 687, Gürcüstanda – 256, Ermənistanda isə 335 sayta bir uğurlu fişinq hücumu düşüb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər