Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
  • Clock-gray 10:48
  • calendar-gray 02 İyun 2020

Azərbaycanın ".az" domenində olan saytların hər 412-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,24%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 85-ı fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 41%-dək azalıb.

Qeyd edək ki, bu günə ".az" domenində 35 201 sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 236, Rusiyada – 262, Belarusda – 622, Latviyada – 24, Litvada - 315, Estoniyada – 23, Qazaxıstanda – 964, Özbəkistanda – 317, Tacikistanda – 36, Qırğızıstanda – 550, Gürcüstanda – 212, Ermənistanda isə 436 sayta bir uğurlu fişinq hücumu düşüb.

Hüseyn Vəliyev

Digər xəbərlər