Azərbaycanda güclü külək qaz təsərrüfatına zərər vurub - FOTO

Azərbaycanda güclü külək qaz təsərrüfatına zərər vurub - FOTO
  • Clock-gray 11:49
  • calendar-gray 28 Fevral 2020

Fevralın 28-də gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb. “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date