Azərbaycanda masaüstü kompüterlərin satışı artıb

Azərbaycanda masaüstü kompüterlərin satışı artıb
  • Clock-gray 16:25
  • calendar-gray 06 Avqust 2020

Bu ilin iyun ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı may ayı ilə müqayisədə 2,2 faiz bəndi azalıb. “APA-Economics”in "Global Stats" Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı iyulun 1-nə 54,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz bəndinədək azdır.

Mərkəzin məlumatına əsasən, bu ilin iyul ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyun ayı ilə müqayisədə 0,6 faiz bəndi artaraq avqustun 1-nə 45% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,7 faiz bəndi çoxdur.

Hesabatda avqust ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 0,89% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,56 faiz bəndi azdır. Bu seqment üzrə bu ilin iyul ayı ərzində (iyun ayı ilə müqayisədə) 0,04 faiz bəndi azalma müşahidə olunub.

 

Hüseyn Vəliyev

Digər xəbərlər