Azərbaycanda noutbukların satışı azalıb

Azərbaycanda noutbukların satışı azalıb
  • Clock-gray 11:47
  • calendar-gray 01 İyul 2020

Bu ilin iyun ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı may ayı ilə müqayisədə 2,2 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" Statistika Mərkəzinə istinadən verdiyi məlumata görə, noutbukların bazar payı iyulun 1-nə 54,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, bu ilin iyun ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı may ayı ilə müqayisədə 2,3 faiz bəndi artaraq iyulun 1-nə 44,2% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Hesabatda iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 0,93% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,72 faiz bəndi azdır. Bu seqment üzrə bu ilin iyun ayı ərzində (may ayı ilə müqayisədə) 0,15 faiz bəndi azalma müşahidə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər