Azərbaycanda tikinti materiallarının istehsalı azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb
  • Clock-gray 15:17
  • calendar-gray 21 May 2020

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 203,9 mln. manat olmaqla,  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti gipsinin istehsalı 2,9 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 9,9%, tikinti kərpicinin istehsalı 6,8% artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 4,3%, sementin istehsalı 8,7%, tikinti əhənginin istehsalı 24,6%, asfaltın istehsalı 41,3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 69,3% azalıb.

Hüseyn Vəliyev

Digər xəbərlər