Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndəki "İnnovasiyalar evi"nə artıq yerli startaplar cəlb olunub

Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndəki "İnnovasiyalar evi"nə artıq yerli startaplar cəlb olunub
  • Clock-gray 10:20
  • calendar-gray 21 Fevral 2020

Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndə açdığı "İnnovasiyalar evi"nə artıq 4 yerli startap cəlb olunub.

Bunu "APA-Economics"ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov deyib.

Onun sözlərinə görə, ilin sonunadək startapların sayı 12-yə çatdırılacağı gözlənilir.

“"İnnovasiyalar Evi"nin əsas fəaliyyəti Azərbaycan startaplarına dəstək verməkdən ibarətdir. Yəni burada işini qurub, genişləndirmək istəyən startaplar "İnnovasiyalar Evi"ndən istifadə edə bilər. Hər bir yeni startap onun üçün nəzərdə tutulmuş üçaylıq akselerasiya proqramına qoşula biləcək. Onlar burada həmçinin müxtəlif "Demo day"lərdə iştirak edəcək, investorlarla görüşəcəklər”, - deyə M. Kərimov qeyd edib.

Qeyd edək ki, Azərbaycanın "İnnovasiyalar evi"nin açılış mərasimi ötən gün ABŞ-ın Stenford Universitetində baş tutub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date