Azərbaycanın ticarət obyektlərində bu il 1 200-dək onlayn kassa aparatı quraşdırılıb

Azərbaycanın ticarət obyektlərində bu il 1 200-dək onlayn kassa aparatı quraşdırılıb
  • Clock-gray 16:50
  • calendar-gray 20 Fevral 2020

Bu ilin yanvarın 1-dən bu günədək Azərbaycanın iri ticarət obyektlərində 1 200-dək onlayn kassa aparatları quraşdırılıb.

Bu barədə "APA-Economics"ə "SARP Systems" şirkətindən bildirilib.

Şirkətdən bildirilib ki, hazırda kassa aparatları icbari olaraq iri ticarət obyektlərdə (market, restoran və s.) qurulur. Növbəti mərhələdə isə onlayn kassa aparatları orta və kiçik ticarət obyektlərində quraşdırılacaq.

"Orta hesabla bir ay ərzində 500-700 yeni kassa aparatları qurulur. Bu rəqəmin artırılacağı gözlənilir. Belə ki, əgər cari ilin yanvar ayında 500 ədəd kassa aparatı qurulmuşdursa, fevralda bu rəqəm 650-yə çatıb. İstisna deyil ki, mart ayında qurulacaq kassa aparatların sayı 800-900 ədəd təşkil etsin. Tədricən bütün ticarət obyektləri bu kassa aparatlarına keçəcək", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, kassa aparatın qiyməti 399 manat təşkil edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date