"Azərişıq" fərdi yaşayış evləri və obyekt sahiblərinə növbəti dəfə xəbərdarlıq edib

"Azərişıq" fərdi yaşayış evləri və obyekt sahiblərinə növbəti dəfə xəbərdarlıq edib
  • Clock-gray 15:37
  • calendar-gray 27 Fevral 2020

"Azərişıq" ASC bəzi istehlakçıların, xüsusən də fərdi yaşayış evi, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. obyektlərin sahiblərinə növbəti dəfə xəbərdarlıq edib.

"APA-Economics"in məlumatına görə, bununla bağlı ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəylinin jurnalistlərə açıqlamasında bildirib ki, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqa zidd hərəkətlərə yol verən istehlakçıların enerji təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq ASC-nin saytında və KİV-də ictimaiyyətə açıqlanacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date