"Azərişıq"ın sədri Şamaxıda vətəndaşları qəbul edib

"Azərişıq"ın sədri Şamaxıda vətəndaşları qəbul edib
  • Clock-gray 15:24
  • calendar-gray 21 Fevral 2020

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Əhalinin müraciətlərini dinləyən V. Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Məlumata görə qəbula yazılanların əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar "Azərişıq" ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Sakinlər bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.

Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. "Azərişıq" ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date